Azercell: 13 metro stansiyası və tunellərdə LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib
“Azercell-in Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin mobil internet əldə etməsinə imkan verir”.
Bu barədə TED.az-a Azercell şirkətindən məlumat verilib.
Bildirilib ki, Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələrinə görə, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə, Azercell ölkənin digər mobil operatorlarından öndədir: “Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də Azercell-in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır”.