AZ

Apple şirkətinin dəyəri 2.4 trilyon dolları keçdi

 

4cd9d19c0394a8715253e9e0a191032f.jpg
26.01.2021 11:13

Şirkətin səhmləri bahalaşmağa davam edəcək.

 

Bu gün Apple səhmləri yeni bir rekorda imza atdı. Hazırda şirkətin bir səhminin qiyməti 144.96 dollar səviyyəsindədir. Şirkətin bazar kapitallaşması 2,42 trilyon dollardır. 

 

TED.az xəbər verir ki, səhmlərin qiyməti "Wedbush" şirkətinin onların qiymətini 160 dollardan 175 dollara qaldırdıqdan sonra artıb. 

 

Bu həftənin sonunda yeni iPhone-nun satışları da gözlənilir. Bazar araşdırma şirkəti Morgan Stanley də keçən həftə 5G dəstəkli telefonlara olan tələbə nikbin baxıldığını qeyd edib. İPhone 12-yə tələbin azalmadığını nəzərə alsaq, şirkətin səhmlərinin də artmağa davam edəcəyini düşünə bilərik. 2021 maliyyə ilində iPhone tədarükü proqnozu 203 milyondan 215 milyon "ağıllı" telefona qaldırılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox