AZ

TikTok-da təhlükəli boşluq aşkarlanıb - DİQQƏT!

 

f0a2e29d0d8ebf2cf18fcd9c559dbcc4.jpg
27.01.2021 09:55

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər TikTok sosial şəbəkəsində istifadəçi profillərindəki fərdi məlumatlara giriş imkanı verən ciddi boşluq aşkarlayıblar.

 

TED.az xəbər verir ki, “Check Point Software Technologies” şirkəti məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, boşluq Dostları Tap funksiyasında aşkarlanıb. Onun köməyi ilə kiber cinayətkarlar istifadəçilərin telefon nömrələrinə, ləqəblərinə və unikal istifadəçi identifikatorlarına və profil fotolarına giriş əldə edə bilərlər. Bundan əlavə, boşluq təcavüzkarlara profili gizlətmək və abunəlikləri idarə etmək imkanı daxil olmaqla bir sıra parametrlərə girişə icazə verir. 

 

Şirkət aşkar edilmiş boşluq barədə TikTok-un yaradıcısı ByteDance-a məlumat verib. Hazırda problemi aradan qaldırmaq üçün həll yolu tapılıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox