AZ

Son bir ildə Amazon-un satışları 386,1 milyard dollara çatıb

 

e023b0a3b82907d9e50aa55274be8b62.jpg
05.02.2021 10:34

Bu, 2019-cu illə müqayisədə 37% çoxdur.

 

Dünyanın ən böyük onlayn mağazasına sahib olan Amazon 2020-ci ilin son rübü və bütöv bir il üçün hesabat yayımlayıb. Ötən ilin dördüncü rübünün satışları 125,6 milyard dollara çatıb. Bu, şirkətin 87,4 milyard dollar qazandığı 2019-cu ilin eyni dövrünə nisbətən 42% çoxdur. 

 

TED.az xəbər verir ki, şirkətin rüblük əməliyyat gəliri 3.9 milyard dollardan 6.9 milyard dollara, xalis gəlir 3.3 milyard dollardan 7.2 milyard dollara yüksəlib.

 

2020-ci il ərzindəki satışlardan əldə olunan gəlir isə 386,1 milyard dollar olub.

 

Bu göstərici 2019-cu ildəki nəticə ilə (280,5 milyard dollar) müqayisədə 38% çoxdur. 2020-ci il üzrə əməliyyat gəliri 2019-cu ildəki 14,5 milyard dollardan 22,9 milyard dollar qədər artıb. Xalis gəlir 11,6 milyard dollardan 21,3 milyard dollara yüksəlib. 

 

Cari rübdə e-ticarət nəhəngi 100.0-106.0 milyard dollar gəlir və 3.0-6.5 milyard dollar əməliyyat mənfəəti gözləyir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox