Köhnə avtomobillərin BU EHTİYAT HİSSƏLƏRİ böyük təhlükə mənbəyidir - Ekspert
Əvvəlki yazılarda köhnə Sovet istehsalı olan, istismar müddətini başa vuran avtomobillərin təhlükə mənbəyi olduğu barədə məlumat vermişdik. Bəs onların ən təhlükəli ehtyat hissələri hansılardır?
Mövzu ilə bağlı TED.az-a danışan avtomoil üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, köhnə Sovet avtomobilləri keçmiş Sovet standartlarına uyğun istehsal olunub və bugünkü təhlükəsizlik standartlarına cavab vermir: “Müqayisə etsək, bu maşınların nə dərəcədə təhlükəli olduğunu görə bilərik. Belə avtomobillərin daha çox transmissiya, əyləc sistemində problemlər yaşana bilər. Onlar qəfil manevr zamanı daha çox qəzaya səbəb ola bilərlər. Qəfil dönmə, dayanma anlarında qəzalar baş verə bilir. Ümumiyyətlə, Azərbaycanda avtomobillərin bir qismi təhlükəsizlik standartlarına cavab vermir. Çünki köhnə standartlar üzərində istehsal olunublar və bu günün tələbləri tam başqadı”.
Mütəxəssisin fikrincə, bu məsələ kompleks həll edilməlidir: “Yalnız köhnə sovet avtomobillərinin istismarının qarşısını almaq haqda düşünməməliyik. Ümumiyyətlə, Azərbaycanda belə yararsız avtomobillərin dövriyyədən çıxarılmasına çalışmalıyıq. Bunun isə iki yolu var. Birincisi asan üsul olsa da, vətəndaşların narazılığına səbəb ola bilər. Bu, utilizasiya proqramıdır. İkinci yolu isə yeni avtomobillərin ölkəyə idxalı, onun istismarını sadələşdirməkdir. Avtomobil parkının yenilənməsi üçün Azərbaycanda avtomobillərə tətbiq edilən rüsumlar endirilməlidir. Yeni ekoloji təmiz maşın almaq istəyən şəxslər üçün bank güzəştləri olmalıdır. İlkin ödənişin miqdarı təxminən 20% civarında olmalıdır. İllik kreditlərinin faizi 9-10%-ə endirilməlidir. Üstəlik icbari sığorta, texniki baxış istiqamətində güzəştlər tətbiq edilməlidir. Vətəndaşlar yeni avtomobil ala bildikdən sonra təbii ki, belə köhnə, yararsız maşınlardan imtina edəcəklər. Hazırda köhnə Sovet avtomobili sürən vətəndaşın maşın sürməsinə qadağa qoya bilmərik. Çünki onların əksəriyyəti regionlarda yaşayır və bu maşınla özlərinə çörəkpulu qazanır. Həmin insanlar bu nəqliyyat vasitəsi olmadan həmin işləri görə bilməzlər. Buna görə də, kompleks tədbirlər düşünülməlidir. Belə avtomobilləri birmənalı olaraq qadağan etmək çıxış yolu deyil. Vətəndaşların rifahını düşünmək lazımdır”.
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Galaxy Buds 4 Pro Tezliklə!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


