AZ

Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq

 

02e2d466d367afb1e5a6fdce0346383b.jpg
01.03.2021 13:46

Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələri yaxın iki gün ərzində elan olunacaq.

 

Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib.

 

Bildirilib ki, martın 1-dən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanıb.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM 5 martdan etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edəcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Lamiyə SÜLEYMANLI

Elm bölməsindən digər xəbərlər

Daha çox