AZ

Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu

 

bd664cb3af630a4e87b3b98ed64d51e2.png
01.03.2021 15:35

Azərbaycanda ən çox istifadə olunan axtarış sistemi Google-dur. Sözügedən axtarış matorunun qlobal miqyasda Azərbaycan üzrə bazar payı 96.13%-dir. "Global Stats" analitik şirkətinin məlumatına görə, Azərbaycan üzrə ikinci ən çox bazar payı olan axtarış sistemi YANDEX RU-dur – 2.24%. Üçüncü yerdə gələn YANDEX isə 0.64% paya sahibdir.

 

TED.az xəbər verir ki, digər axtarış sistemlərinin "bing", "Yahoo!" və “Mail.ru”nun müvafiq olaraq 0.36%, 0.32% və 0.22% bazar payı var. 

 

Dünya üzrə də ən çox müraciət olunan axtarış sistemi Google-dur. Google qlobal miqyasda 92.04% paya sahibdir. İkinci sırada 2.7%-lə "bing" gəlir. Üçüncü yeri isə 1.47%-lə "Yahoo!" tamamlayır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox