İkinci əl avtomobil bazarının görünməyən tərəfləri: Rəsmi sənəd olmadığı üçün vətəndaşlar aldanır
Bir sıra əcnəbi ölkələrdə, eləcə də Türkiyədə hazırda ikinci əl avtomobil satışlarından vergi tutulması ilə bağlı müxtəlif qanunlar müzakirə olunur. Bu, əksər yerlərdə ikinci əl avtomobil bazarına olan tələbatla bağlıdır.
Bəs, Azərbaycanda belə məsələlər necə tənzimlənir?
Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda da ikinci əl avtomobil satışlarından vergi tutulur: “Ölkəmizdə rəsmi avtomobil dilerləri, distrübitorları ilə yanaşı. qeyri-rəsmi olanlar da var. Onlar müxtəlif markalı avtomobnilləri Azərbaycana gətirir, satırlar. Bunlar hər biri qanun çərçivəsində həyata keçirilir. Həmin fiziki və hüquqi şəxslər təbii ki, dövlətə vergi ödəyirlər. Vətəndaşlar arasında isə alqı-satqı həyata keçirilirsə, bu sənədləşdirilir və dövlətə rüsum ödənir. Düşünürəm ki, avtomobil satışı ilə bağlı xüsusi bir qaydaya ehtiyac yoxdur. Çünki hamısı vergi məcəlləsinə uyğun olaraq tənzimlənir”.
HƏMÇİNİN OXU: Avtomobildə "plyonka"dan istifadə vacibdir - Ekspert fikirini belə əsaslandırdı
Mütəxəssisin fikrincə, ikinci əl avtomobil bazarında onlayn satışı tənzimləmək lazımdır: “Bilirsiz ki, vətəndaş avtomobilini satanda centlmensayağı razılaşma həyata keçirirlir. Sahibi deyir ki, maşının heç bir problemi yoxdur. Eyni zamanda da heç kim rəsmi sənəd təqdim edə və onlayn alqı-satqı həyata keçirə bilmir. Çünki Azərbaycanda bu sahədə hansısa iş görülmür. 2019-2023-cü illər üzrə Dövlət Proqamında da əks olunub ki, avtomobillərin texniki baxışı lisenziyalaşdırılmış, sertifikatlaşdırılmış servislərdə həyata keçirilə bilər. Təəssüf ki, bu məsələ kənarda qalıb. Bilirsiz ki, ildə bir dəfə avtomobillərə texniki baxış yalnız Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Yol polisində isə bu texniki baxışı həyata keçirməyə xüsusi avadanlıq və mütəxəssislər yoxdur. Buna görə də avtomobillərin tam diaqnostikasını keçirmək olmur. Avtomobillər ildə bir dəfə tam diaqnostikadan keçsələr, rəsmi sənədlər verilsə, ikinci əl avtomobilin alqı-satqısı zamanı vətəndaş aldanmaz. İndi isə belə deyil. Çünki avtomobilin texniki vəziyyəti barədə sənəd yoxdur. Rəsmi sənəd DYP və ya sertifikatlaşdırılmış rəsmi servis tərəfindən verilə bilər. Bunlar olmadıqda ikinci əl avtomobil bazarında onlayn alqı-satqı da mümkün olmur. Halbuki pandemiya vəziyyətində buna çox ehtiyac var”.
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











