AZ

Sumqayıtda top mərmisi aşkar edilib

e0e5fd21e726cbbf7f7eceb2b56ee606.jpg
14.04.2021 10:28

Aprelin 13-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub.

 

FHN Mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilən pirotexnik qrupu cəlb olunub.

 

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.

 

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.Sumqayıtda top mərmisi aşkar edildib

 

Əraziyə təkrar baxış zamanı digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

TED + bölməsindən digər xəbərlər

Daha çox