İnformasiya Texnologiyaları İnstitutu elmin dayanaqlı inkişafı üzrə Milli Strategiyanın hazırlanmasında fəal iştirak etməlidir
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında qərarı müzakirə olunub.
Bu barədə TED.az-a institutdan məlumat verilib. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev son illər elm sahəsində islahatların aparılması istiqamətində akademiyanın və digər dövlət qurumlarının fəal iştirakı ilə mütəmadi olaraq müzakirələrin təşkil olunduğunu, müəyyən baxış, ideya və təkliflərin irəli sürüldüyünü deyib, onların toplanılması və sistemləşdirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Alim bildirib ki, mürəkkəb şəraitdə - pandemiya dövründə fəaliyyət göstərməyimizə baxmayaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə islahatlar yüksək sürətlə davam etdirilir, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir.
“Dünya dövlətlərinin əsas strateji resursu onların elmi-texniki potensialıdır”, - deyən akademik müasir dövrün çağırışları kontekstində elmin üzərinə çox ciddi vəzifələr qoyulduğunu qeyd edib. Elm, təhsil, texnologiya və innovasiya sahəsində məqsədyönlü islahatların aparılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu söyləyıb.
Akademik iyulun 9-da AMEA-nın Rəyasət Heyətində elm sahəsində islahatlarla bağlı müzakirələrə yekun vurulduğunu bildirərək, bütün təkliflər və beynəlxalq təcrübə nəzərə alınmaqla, elmin inkişafına mane olan problem və məhdudiyyətlər aradan qaldırılmaqla elmin müasir dövrün çağırışlarına uyğun şəkildə təşkilinin, elmi-intellektual potensialın yenidən formalaşdırılmasının son dərəcə zəruri olduğunu deyib.
İnstitut direktoru bildirib ki, istedadlı gənclərin stimullaşdırılması, onların elmə cəlb edilməsi, cəmiyyətin elmə olan münasibətinin müsbət yöndə inkişaf etdirilməsi, elmi biliklərin populyarlaşdırılması və s. elmi islahatlar çərçivəsində həyata keçirilməsi vacib olan tədbirlərdir. Bununla yanaşı, alimlərin maddi vəziyyəti və sosial rifahının yaxşılaşdırılması, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, elmi strukturun optimallaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir.
Sonra akademik R.Əliquliyev “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasında rəhbərlik etdiyi institutun əməkdaşlarının, alim və mütəxəssislərin fəal iştirakının zəruriliyindən danışıb.
“Artıq ölkədə elmin dayanıqlı inkişafı ilə bağlı milli strategiya hazırlanır. Bu, böyük bir layihə, ideya bankıdır”, - deyən AMEA-nın vitse-prezidenti, həmin siyasi-ideoloji sənədin ərsəyə gəlməsində institutun mövqeyinin yüksək səviyyədə ortaya qoyulmasının əhəmiyyətini vurğulayıb: “Elmi şuranın üzvləri, hər bir şöbə rəhbəri, eləcə də gənc doktorant və dissertantlar elmdə aparılan islahatlarla bağlı öz baxışlarını ortaya qoymalı, təkliflər verməli, dövlətin elm və texnologiya sahəsində siyasətinin formalaşmasında yaxından iştirak etməlidir”.
Elm bölməsindən digər xəbərlər
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Həftənin ən çox oxunanları
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


