AZ

Bank Respublika “İT Təcrübə Proqramı”na start verdi - Fotolar

3c609480971b7baf2a89b52a8044e816.jpg
29.07.2021 17:34

Bank Respublika, İT sahəsində baza biliklərə malik gənclər üçün 3 aylıq “İT Təcrübə Proqramı”na start verib.

 

TED.az xəbər verir ki, proqramda iştirak etmək üçün aşağıdakı tələblər var:

 

· Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);

 

· Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);

 

· Analitik düşüncə qabiliyyəti;

 

· Məsuliyyətlilik, operativlik, dəqiqlik;

 

· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

 

· Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;

 

· Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;

 

· Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

 

Proqramda iştirak etmək istəyənlər 25.08.2021 tarixinə kimi öz CV-ni hr@bankrespublika.az ünvanına, mövzu hissəsində “İT Təcrübə” yazmaqla göndərə bilərlər.

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

TED + bölməsindən digər xəbərlər

Daha çox