AZ

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

 

9201611ad658bd2d8c599f90b60e480b.jpg
30.07.2021 15:20

Yanvar-iyun aylarında ölkədə 795 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 78 ədəd az minik avtomobili istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən TED.az-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 134,2 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 48,3 dəfə artıb, qoşqu və yarımqoşquların istehsalı 47,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 69,1 faiz azalıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox