AZ

DİM avqustun 11-də imtahan verəcək abituriyentlərə müraciət edib

 

ab70315e88f5351ab5006b308c6ca419.jpg
30.07.2021 15:58

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müvafiq imtahanların keçirilməsi nəzərdə tutulub.

 

DİM-dən TED.az-a bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Avqustun 11-də aşağıdakı imtahanlar keçiriləcək:

 

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

 

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

 

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

 

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.

 

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

 

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

 

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.

 

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox