AZ

Bu il mikrosxem tədarükü 21 % arta bilər

 

1891f9f8c6a4d3041f38eb1fbc387b48.jpg
30.07.2021 17:57

Bu il mikrosxem tədarükü ötən illə müqayisədə 21 % artaraq 391,2 milyard ədədə çata bilər.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “IC Insights” analitik şirkətinin mikrosxem bazarına dair 2021-2025-ci illəri əhatə edən proqnozunda bildirilir.

 

Proqnozlaşdırılan dövr ərzində mikrosxem tədarükünün orta illik artım tempi 11 % olacaq. 2015-2020-ci illərdə bu göstərici 6 %-ə bərabər olub.

 

2019-cu ildə mikrosxem tədarükü 6 % azalıb, 2020-ci ildə isə 8 % artım qeydə alınıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox