AZ

"Apple" şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib

 

737fdff13398d5298e9258d4fa030076.jpg
19.10.2021 10:40

Apple şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib.

 

TED.az-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

 

Yeni kompüterin fərqli xüsusiyyəti onun "çatıq qaş" ekranıdır. Ekranda kamera və digər sensorlar var. Liquid Retina XDR ekran matrisası Mini-LED texnologiyasına əsaslanır və məlumatı ekranda 120 hertzdə göstərən Pro Motion funksiyasını dəstəkləyir.

 

MacBook Pro iki çeşiddə-14 və 16 düymlük ekranlarda mövcuddur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox