AZ

Azərbaycan reklamçıları vahid platformada birləşir

 

f47ea165fb25019da37c841fbab53537.jpg
19.10.2021 16:40

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şura və ölkədəki reklam şirkətləri reklamçıların vahid vətəndaş cəmiyyəti institutunda birləşməsi üçün təklif irəli sürüb.

 

TED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib.

 

“Bu məsələyə biz dəstək göstərməyə hazırıq. Yaxın vaxtlarda Ədliyyə Nazirliyi reklamçıların vətəndaş cəmiyyəti institutunu dövlət qeydiyyatına alacaq. Məqsəd bu sahədə problemlərin birbaşa vahid platformadan səsləndirilməsi, dövlət orqanlarına daha rahat çatdırılmasıdır. Hesab edirəm ki, təsis konfransı keçiriləndən sonra sənədlər aidiyyəti orqanlara təhvil veriləcək və KOBİA-nın dəstəyi ilə bu proses daha da sürətləndiriləcək”, - deyə o, qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox