Honor – gənc markanın hekayəsi

Honor dünyada ən sürətli böyüyən smartfon brendlərindən birinə çevrilib. Sizə markanın necə yarandığı və bu yolda hansı uğurları qazandığından danışacağıq.
Kim haqlıdır və markanın adını necə tələffüz etmək doğrudur?
Çox vaxt satıcılar, alıcılar və hətta İT jurnalistlər bu smartfonu Huawei Honor adlandırırlar, lakin bu düzgün deyil. Şirkətin adı müxtəlif səsləndirilir: bir çox istifadəçilər onu “Honor” olaraq tələffüz edir, digərləri isə “Onor” kimi. Kim haqlıdır və markanın adını necə tələffüz etmək doğrudur?
Əvvəla tərcüməyə baxaq. İngilis dilindən “Honor” şərəf, ləyaqət kimi tərcümə olunur. Belə olduqda, ingilis dilində ilk H hərfi oxunmur və buna görə şirkətin adı “Honor” deyil, “Onor” kimi səsləndirmək daha düzgündür.
Honor nədir və Huawei-dən nə ilə fərqlənir?
“Honor” “Huawei Consumer Business Group”unun tərkibinə daxil olan aparıcı elektron smartfonlar markasıdır. Axı “Honor” bir model çeşidinin adı deyil, o, demək olar ki, şirkət daxilində olan bir şirkətdir. Hər iki markanın telefonlarının proqram təminatı arasında heç bir fərq yoxdur. Bundan əlavə, onların dizaynı tez-tez təkrarlanır ki, bu da müştərilərin bir və eyni marka olduğuna inandırır.
Beləliklə, “Honor” “Huawei”dən nə ilə fərqlənir?
“Honor”un prezidenti Corc Çjao (George Zhao) cihazların tanıdılması və yayılmasında köklü şəkildə fərqləndiklərini söyləyir. Əslində əgər “Huawei” klassik smartfon istehsalçısıdırsa, onda “Honor” markanın yeni, inkişaf etmiş formasiyasıdır.
“Honor” “Huawei” şirkətinin ictimai-fəal istehlakçıları ilə müqayisədə potensial alıcılar dairəsini genişləndirən daha gənc nəslə yönəldilmiş bir markadır.
“Huawei” şirkəti “Honor”un öz R&D-si (Research&Development) olmadığını əsas gətirərək, markalar arasında daxili rəqabətin və smartfonların aparat və ya proqram komponentlərinin keyfiyyətində heç bir fərq olmadığını vurğulayır.
«Honor»un prezidenti Corc Çjao öz şirkəti haqqında bunları deyir: “”Honor” hər zaman özünü gənc ürəyə sahib olan insanlara həsr edib, onları öz məqsədlərinə çatmağa təşviq edib və unikal imkanlarını bölüşməyə ruhlandırıb. Bizim iş modelimiz kifayət qədər sadədir: insanlar üçün mövcud olan ən yaxşı texnologiyanı yaratmaq və rəqəmsal nəslin sevimli markası olmaq üçün onların ehtiyaclarını ödəmək. İnsanlara ətrafımızdakı dünyanı kəşf etməyə, öz potensiallarını axtarmağa və xəyallarını reallaşdırmaqda kömək etmək baxımından özümüzü dəyişiklik gətirənlərdən hesab edirik».
«Honor» smartfonları gənclər arasında sosial şəbəkələr və digər müasir rabitə vasitələri ilə təbliğ olunur və əsasən onlayn mağazalar vasitəsilə satılır. Bu, xərcləri azaltmağa və cihazların özlərini bir çox rəqiblərindən daha cəlbedici etməyə imkan verir.
“Honor” işində üç prinsipi əsas tutur:
1.Gənclik - İstehsalçı üçün son inkişafa uyğun təchiz edilmiş dəbli və müasir cihazın yaradılması vacibdir. Nəticə kimi “Honor” telefonları məşhur markaların bahalı modelləri ilə rəqabət apara bilər.
2.Funksionallıq – Markanın fəaliyyəti hələ yenidir bu səbəbdən də bütün müasir yenilikləri izləməyə və bundan sonra - onları öz “övladlarına” tətbiq etməyə çalışır. Bütün modellər dərəcələrinə görə fərqlənir, lakin ən çox və aşağı büdcəli bütün telefonlar zəruri və dəbli funksiyalarla təchiz olunub.
3.Trendlərə uyğunluq – Xarici görünüş, qacetlərin ən son dəblə dizaynı istehsalçıların nəzərə aldıqları tam xüsusiyyətləridir. Ən əsası gənclik -prioritetdir.
Huawei U8860 Honor: hələ Huawei, ancaq artıq Honor
İlk «Honor» smartfonu haqqında 2011-ci ilin sentyabrında elan edildi və əvvəlcə "şərəf" sözünün əvəzinə - Glory "şöhrət" adlandırılmalı idi. Keyfiyyət və qiymət münasibliyi markanı gənclər arasında məşhur etdi.
Honor markasının yaranma tarixi 2013-cü ilə təsadüf edir. Beləliklə, 2013-cü ildən başlayaraq, “Huawei”dən ayrı bir istehsalçısı olan “Honor” öz smartfon xəttini istehsal etməyə başladı. Hətta onların marka loqotipləri də fərqlidir. “Honor” markası altında müstəqil təqdim olunan ilk smartfon “Honor 6” oldu. Cihaz 2014-cü ilin iyununda nümayiş olundu.
“Honor 6” 5 düymlük Full HD displeyə, 3 GB operativ yaddaş, güclü səkkiz nüvəli prosessor və şüşə qutu ilə təchiz edilmişdi. Belə xüsusiyyətlərə görə istehsalçı olduqca münasib qiymət təklif etmişdi.
Markanın səfirləri
«Honor» istehlakçıların zövqlərinə təsir edə bilən müxtəlif sahələrdən olan ulduzlar və markanın ruhunu özündə cəsarətlə təmsil edən («For the Brave» - "Cəsurlar üçün") məşhur insanlarla əməkdaşlıq edir.
«Honor»un dünya səfiri məşhur ingilis futbolçusunun oğlu Bruklin Bekhem oldu. Bruklinin dünya səfiri rolunu seçilməsinin əsas səbəblərindən biri də sosial şəbəkələrdə aktiv fəaliyyətdə olmasıdır, bu da gənclər arasında reklamın yayılmasına müsbət təsir göstərən amildir. «Ulduz» şirkətin reklam videolarında çəkilir və daima «Honor» telefonundan istifadə edir.
Bundan əlavə, marka film rejissorları ilə tərəfdaşlıq edir. Məsələn, «Doktor Strenc» blokbasterinin qəhrəmanı «Honor 8» istifadə edir.
«Honor»un bütün dünyada çox sayda pərəstişkarları var və şirkət onları çox dəstəkləyir. Sosial şəbəkələrdə smartfonlar qazanmaq üçün müsabiqələr keçirilir. Keçən ildən «Gameloft» şirkəti ilə birgə «Honor İcma Kuboku» təşkil edildi.
Nəticə yerinə
“Honor” markasının tarixi davam edir və şübhəsiz ki, onu yeni zirvələr gözləyir. Gənc olmasına baxmayaraq, şirkət bazarda özünə inamla irəliləyir və İnternet məkanının müştəriləri üçün hazırlanan daha maraqlı qacetləri istehsal etməyə davam edir.