AZ

Təhsil İnstitutu kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir

52e285dadb4b72046694d2f5d04150d5.png
15.01.2022 12:20

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 

Bu barədə TED.az-a institutdan məlumat verilib. Bildirilib ki, namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından və innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) nqf@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

 

Müraciətlər yanvarın 19-dək qəbul olunur.

Elm bölməsindən digər xəbərlər

Daha çox