Məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə başlanılıb
Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra edilən “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi - II mərhələ” adlı layihə çərçivəsində məktəb psixoloqları üçün “Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.
Təhsil İnstitutundan TED.az-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd böhran vəziyyətlərinin profilaktikası və diaqnostikası, eləcə də ilkin psixoloji yardım texnikaları üzrə məktəb psixoloqlarının bacarıqlarını artırmaqdır. Bu bacarıqlar sayəsində münaqişədən təsirlənmiş uşaq və yeniyetmələrə psixoloji ehtiyaclara uyğun dəstək göstəriləcək.
İlkin mərhələdə təlimlərdə Gəncə şəhəri və Bərdə, Füzuli, Goranboy rayonları üzrə ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 109 psixoloq iştirak edib. 18 akademik saatlıq əyani təlimlər zamanı müdavimlərə böhran hallarının uşaq psixologiyasına təsiri, bu təsirin uşaqların davranışında təzahür formaları, valideynlərlə işin təşkili və s. haqqında məlumat verilib. Eyni zamanda, bu sahədə bilik və bacarıqların formalaşdırılması üçün metodikalar, hekayələr, rollu oyunlar, bədən və nəfəs texnikaları ilə tapşırıqlar icra edilib.
Qeyd edək ki, aprel ayının sonunadək Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonları üzrə daha 100 psixoloqun təlimlərə cəlb olunması nəzərdə tutulur.
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















