AZ

Azərbaycanda 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

 

c6b60b89fc541926587f50796e46e2dd.jpg
12.05.2022 18:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 792 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 883 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 915, hazırkı dövrədək isə 6 845 234 test aparılıb.

 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox