Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək
İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi testinə start veriləcək. Qeyd etmək lazımdır ki, NFT tokenlər adətən unikal rəqəmsal incəsənət və kolleksiya obyektlərinin orijinallıqlarının təsdiqlənməsində istifadə edilir. Hal hazırki mərhələdə ABŞ-dan olan məhdud sayda istifadəçi kriptovalyuta portmanatında yerləşən NFT tokenlərinin çıxarılması və ya onlarla bağlı olan təsvirlərin Instagram hesablarında paylaşılması üçün dəstəklənən portmanatlardan istifadə edə bilər. Məlumata əsasən Instagram daxilində yeni funksiyanın testi çərçivəsində istifadəçilər fərdi kriptovalyuta portmanatlarını öz Instagram hesablarına birləşdirərək NFT-ləri pulsuz şəkildə yayımlaya biləcəklər. Məlumatda qeyd edilib ki, Instagram-da artıq Polygon və Ethereum kimi blockchain texnologiyalarının dəstəkləri reallaşdırılıb.
Yaxın zamanda isə Flow və Solana kimi digər blockchain texnologiyalarının dəstəkləri də əlavə ediləcək. Kriptovalyuta portmanatlarına gəldikdə isə istifadəçilər öz Instagram hesablarına Rainbow, MetaMask, Trust Wallet, Coinbase, Dapper və Phantom kimi portmanatları qoşa bilərlər. “Yaxın zamanda biz, Facebook-da rəqəmsal əşyaların kolleksiyalarının yığılması imkanını istifadəyə verəcəyik. Bundan əlavə olaraq biz, istifadəçilərə fərdi rəqəmsal kolleksiya əşyalarını Instagram Stories-də AR stikerlər formatında bölüşmək imkanını da təqdim edəcəyik. Bunun hesabına sözügedən texnologiyanın üstünlükləri kontent yaradıcıları ilə kolleksiyaçılar üçün əlçatan olacaq” - deyə Meta şirkətinin təmsilçisi qeyd edib. Qeyd etmək lazımdır ki, yaxın zamanda istifadəçilər həmçinin Meta şirkətinin software məhsulu olan Spark AR Studio üzərindən AR elementlərə sahib NFT tokenlərlə qarşılıqlı əlaqədə ola biləcəklər.
© Technote
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Həftənin ən çox oxunanları
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



