AZ

BƏƏ şirkəti Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək

 

aba0d15d494a97eabc7733f10a9f86d7.jpg
13.05.2022 16:57

Daha 2 sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

 

TED.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

 

"“Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq.

 

İnvestisiya dəyəri 9 mln. manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək", - M.Cabbarov qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox