AZ

Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

bfbe14b984ddeb7924b2f9330e3bd02d.jpg
16.05.2022 16:20

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu avqustun 1-dək davam edəcək.

 

AzTU-dan TED.az-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (alitehsil.aztu.edu.az:) həyata keçirilir.

 

Bu ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

 

Sənədlərin qəbulu avqustun 1-dək davam edəcək.

 

Namizədlər ətraflı məlumat üçün tekraralitehsil@aztu.edu.az elektron poçt ünvanına yaza bilərlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox