AZ

Dünyanın ən yüngül noutbuku təqdim edildi

 

8a0f0881c71069bdd4e0d9c412c0d4d1.jpg
03.08.2022 14:00

Yaponiyanın “Fujitsu” şirkəti cəmi 634 qram çəkisi olan 13.3 düymlük Full HD displeyli “Lifebook WU-X/G2” noutbukunu təqdim edib.

 

İstehsalçının məlumatına görə, bu, dünyanın ən yüngül noutbukudur.

 

Noutbukun işinə “Intel Core i5-1235U” və ya “i7-1255U” prosessoru və “Intel Iris Xe” qrafik prosessoru cavabdehdir.

 

“Fujitsu Lifebook”un operativ yaddaşını 32 GB-a, daxili yaddaşını isə 256 GB-dan 2 TB-a qədər yüksəltmək olar.

 

O, həmçinin “Bluetooth 5.1” və “Wi-Fi 6” simsiz modullarını, SD kart yuvasını dəstəkləyir.

 

Laptop əməliyyat sistemi kimi “Windows 11”dən istifadə edir.

 

Cihazın qiyməti 1.3 min dollardan başlayır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox