AZ

Bakıda külək, rayonlarda yağış gözlənilir - Xəbərdarlıq

ef5373ae4eb3e3ac8740297acc7f5c15.jpg
04.08.2022 14:20

Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 06-07-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a  verilən məlumata görə, 6-8 avqustda əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi avqustun 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

TED + bölməsindən digər xəbərlər

Daha çox