Azərbaycanda nəqliyyat ödənişlərində yeni texnoloji üsul tətbiq olunacaq
11.10.2022 19:40
Visa şirkəti Azərbaycanda ilk dəfə Mobility Transit Transaction (MTT, “mobillik və tranzit əməliyyatları”) texnologiyasını tətbiq edəcək.
Şirkətdən TED.az-a verilən məlumatda bildirilir ki, bu texnologiya sərnişinin ictimai nəqliyyatda gün ərzində etdiyi bütün gedişləri bir əməliyyatda birləşdirməyə və onu günün sonunda sərnişinin hesabından birdəfəlik silməyə imkan verir. Hazırda bu xidmət ADY-nin Bakı dairəvi dəmir yolunda müyəssərdir – onun 14 stansiyasının hamısında təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb.
Sərnişinlər gediş haqqını bank kartları, eləcə də rəqəmsal pul kisələrinə bağlı olan NFC modullu cihazlar – smartfonlar, ağıllı saatlar və ödəmə üzükləri vasitəsilə ödəyə bilərlər. Visa bu layihəni “Azərbaycan Dəmir Yolları” (ADY), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, IBA Group, RBC Group və “Azerikard” MMC ilə tərəfdaşlıqda icra edib.
MTT modeli nəqliyyat operatorlarına çevik tarif siyasəti tətbiq edərək qiymətqoymanı çeşidləməyə, o cümlədən sabit tariflər, məsafə və vaxt əsasında tariflər, multimodal (bir neçə nəqliyyat növü üçün) tariflər, eləcə də tarif məhdudiyyətləri, güzəştlər və gecikmə üçün vəsaitin qaytarılması kimi əlavə funksiyalar təklif etməyə imkan verir.
Visa-nın apardığı qlobal tədqiqatlar göstərir ki, böyük şəhərlərdəki istehlakçıların 27%-i ödəmə daha asan olduğu təqdirdə ictimai nəqliyyatdan daha tez-tez istifadə etməyə hazırdır. MTT ictimai nəqliyyatda gediş haqlarının odənilməsi üçün səmərəli, rahat və inklyuziv bir üsuldur, onun təklif etdiyi əməliyyatların yüksək sürəti isə sərnişinlərə ictimai nəqliyyat vasitələrinə cəld girib-çıxmağa kömək edir.
“Biz əminik ki, rahat infrastruktur və “ağıllı nəqliyyat” ölkə iqtisadiyyatının artımı, müasir şəhərlərin inkişafı üçün başlıca amillər sırasındadır. Komandamız Visa kart sahiblərinə multimodal səfərlər, yəni gün ərzində müxtəlif nəqliyyat növlərindən istifadə zamanı ən rahat istifadəçi təcrübəsini təqdim etmək üçün çalışır. Bu məqsədlə biz ayrıntısız ekosistem yaradırıq ki, burada nağd ödəniş etmək, hər nəqliyyat növü üçün ayrıca bilet almaq və ya bir neçə tətbiq yükləmək lüzumu qalmasın. 2018 ildən etibarən Visa bütün dünyada şəhər mobilliyi sahəsində 650-dən çox layihədə fəal iştirak edib, eləcə də 280 layihədə təmassız gediş haqqı ödənilməsi üzrə tərəfdaş olub. İndi biz bu yanaşmanı tərəfdaşlarımız ilə birlikdə Azərbaycanda inkişaf etdirməkdən çox məmnunuq. Ümid edirik ki, tezliklə bu texnologiya tək dəmir yollarında deyil, həm də Bakının istənilən ictimai nəqliyyat növündə əlçatan olacaq, sonra isə Azərbaycanın bütün bölgələrində tətbiq olunacaq,” – deyərək Kristina Doroş, Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri qeyd etdi.
Qeyd edək ki, Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir.
Texnologiya bölməsindən digər xəbərlər
Daha çox
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
25.06.2026
11:51
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
25.06.2026
11:31
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
25.06.2026
11:11
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
24.06.2026
11:17
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
24.06.2026
11:14
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
23.06.2026
17:20
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
23.06.2026
16:23
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
22.06.2026
18:00
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
19.06.2026
11:11
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
17.06.2026
15:20
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
16.06.2026
14:31
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
11.06.2026
14:52
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
09.06.2026
15:54
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
08.06.2026
17:58
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
01.06.2026
16:23
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
25.05.2026
16:27
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
13.05.2026
11:22
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
26.04.2026
14:27
Subasmalarında izolyasiyanın effekti varmı?
05.04.2026
14:00
iPhone 18 üçün pis xəbər
17.03.2026
18:00
Tesla Yüksəlir!
17.03.2026
17:28
Həftənin ən çox oxunanları
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
19.06.2026
11:11
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
22.06.2026
18:00
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
23.06.2026
16:23
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
24.06.2026
11:14
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
23.06.2026
17:20
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
24.06.2026
11:17
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
25.06.2026
11:11
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
25.06.2026
11:51



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






