AZ

Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub

c831fd3ea40c79972198a5353a143c0b.jpg
01.06.2023 18:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 849 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

 

Ölkədə son sutka ərzində 936, hazırkı dövrədək isə 7 623 270 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox