AZ

Bu yay TikTok-da trend olan mahnılar açıqlanıb

 

5acc187a775eddfac9e23c7ecf21369b.png
29.08.2023 16:20

TikTok, qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olaraq, ötən yayın sevilən musiqiləri ilə bağlı yekun nəticələri təqdim edib.

 

TED.az xəbər verir ki, TikTok Azərbaycanda və dünyada istifadəçilərin bu yay ən çox dinlədiyi, ən sevilən treklərin siyahısını açıqlayıb.

 

Bu yay platformanın istifadəçiləri enerjili rəqs ritmlərindən tutmuş lirik melodiyalara qədər müxtəlif musiqilər üçün videolar hazırlayıb. Yay hitlərindən istifadə edərək #SongSOfTheSummer həştəgi ilə yaradılmış videolar artıq 5 milyarddan çox baxış sayı toplayaraq Azərbaycanda və dünyada milyonlarla musiqisevəri bir araya gətirib.

 

Azərbaycanda yay musiqiləri

 

Azərbaycanda istifadəçilər arasında ən çox sevilən bu yayın əsas mahnılarının reytinqinə həm beynəlxalq, həm də yerli musiqiçilərin mahnıları daxil edilib. Platforma istifadəçilərinin sevgisini qazanan 6 azərbaycanlı musiqiçinin mahnıları bütün hit siyahısının yarıdan çoxunu əhatə edib.

 

"Pişman değilim" - Semicenk & Dogu Swag

 

Musiqiçi Semiçenk & Dogu Swag-ın mahnısı TikTok-u fəth edib və bu musiqi ilə olan videolar milyonlarla baxış toplayıb. Türk musiqi sənətçisinin bu əsəri bütün Azərbaycanda istifadəçilərin rəğbətini qazanıb – həm böyüklər, həm kiçiklərin iştirak etdiyi videolarla bu yayın xoşbəxt anlarını paylaşıblar.

 

"Maşallah" - Ravi Incigöz

 

Daha bir türkiyəli sənətçi Ravi İncigöz "Maşallah" adlı trekinin sevgi dolu sözləri və özünəməxsus cazibəsi ilə Azərbaycanda istifadəçilərin qəlbinə yol tatıb.

 

"Nu Paqadi" (Remix - Ayxan Dəniz) - Baləli

 

Ayxan Dənizin meyxanaçı Baləlinin “Nu Paqadi” mahnısını remiks ilə səsləndirməsi əsərə müasir üslubda yeni nəfəs verib və bu yayın trendlərinə damğa vurub.

 

"Nə isə" - Miro

 

Bu yay TikTok-da hitə çevrilən digər mahnı musiqiçi Mironun "Nə isə" mahnısıdır. İstifadəçilər bu mahnı ilə ruhlandırıcı videolar çəkib, faydalı yay tövsiyələrini, yayda Bakının abu-havasını və ətrafdakı gözəllikləri paylaşıblar.

 

"Boş adamlar" - Ayaz Babayev

 

Ayaz Babayevin “Boş adamlar” mahnısı yay boyu TikTok trendlərində lider mövqe tutub. Trek sayəsində platformada #boşadamlar həştəgi ilə rəqs çağırışları meydana gəlib və videolar 6 milyona yaxın baxış toplayıb.

 

"Siraa" - Andre Soueid

 

Bu yay Azərbaycanda TikTok da ən məşhur olanlardan biri "Siraa" adlı musiqisi ilə libyalı musiqiçi Andre Soueid olub.

 

"Şirin çağlar" (remix)- Habil Mammadov

 

Habil Məmmədovun "Şirin çağlar" musiqisinə olunan remiks, mahnıya yeni bir nəfəs qazandırıb ve TikTok istifadəçiləri arasında məşhurlaşmasına səbəb olub.

 

"Makeba" - Jain

 

Azərbaycanda istifadəçilər arasında sevimli yay trekləri siyahısına fransız sənətçisi Jainin məşhur Cənubi Afrikalı müğənni və fəal Miriam Makebaya həsr etdiyi, platformada bir çox müsbət videolara ilham verən “Makeba” mahnısı da daxil edilib.

 

"Ay ürəyim" - Türkan Vəlizadə

 

Türkan Vəlizadənin “Ay ürəyim” adlı emosional mahnısı da mövsümün ən məşhur treklərindən birinə çevirilib və istifadəçiləri yay anlarını paylaşmağa ruhlandırıb.

 

Onun xəstəsiyəm" - Röya

 

Bu yay Xalq artisti Röyanın ifa etdiyi “Onun xəstəsiyəm” mahnısı TikTok istifadəçiləri arasında favoritlərdən birinə çevrilməyi bacarıb. Bu dinamik musiqi altında istifadəçilər gözəl yerləri nümayiş etdirərək, səyahət estetikasını və digər canlı videoları paylaşıblar.

 

dünyada TikTok-da yay mahnıları

 

2023-cü ilin yayında dünyada videolar hazırlamağa ilhamlandıran və TikTok icmasının sevgisini qazanan platformanın populyar mahnılarının siyahısına aşağıdakılar daxildir:

 

1. If We Ever Broke Up - Mae Stephens

 

What It Is - Solo Version - Doechii

 

3. girls like me don't cry (sped up) - thuy

 

4. Cupid – Twin Ver – Sped Up Version - FIFTY FIFTY

 

5. LALA - Myke Towers

 

6. Makeba - Jain

 

มองนานๆ - FLI:P

 

8. Everyday - Ariana Grande, Future

 

9. Barbie Girl - Aqua

 

10. Endless Summer - Alan Walker & Zak Abel

Dünya bölməsindən digər xəbərlər

Daha çox