Uşaq yazıçısı Elvira Məmmədovanın nağıl kitabları fars dilində Tehranda çap olundu
Azərbaycan uşaq yazıçısı,Azərbaycan Yazıçılar Birliyinin üzvü və mütaliə ekspertii Elvira Məmmədovanın uşaqlar üçün yazdığı “Düymə” və “Zibil qabının arzusu” adlı nağılları fars dilinə tərcümə edilərək Tehranda fəaliyyət göstərən “Neeweh” nəşriyyat evi tərəfindən çap olunub.
Kitabları fars dilinə Beynəlxalq Uşaq Kitab Şurasının (İBBY) İran bölməsinin əməkdaşı,uşaq yazıçısı və uşaq ədəbiyyatı araşdırmaçısı Nasim Yousefi tərcümə edib. Rəssamları Şirin Abolmaleki və Əkrəm Hüseynidir.
Hər iki kitab nəfis bədii tərtibatla hazırlanaraq balaca oxucuların ixtiyarına verilib.
Onu da qeyd edək ki, “Düymə” nağıl kitabı fərqli- qarışıq üslubda, əl işi, aplikasiya və rəsmlərlə illüstrasiya edilmiş ilk Azərbaycan nağıl kitabıdır.
Yazıçının digər bir kitabı “Dəcəl,nazlı cırcırama”nağılı da bu ilin sonunadək Tehranda fars dilində nəşr olunacaq.



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






















