AZ

Motosikl və elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu müəyyənləşdi

c22bae25a15c90caa08b9b2334febace.jpg
18.04.2024 20:40

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

 

TED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 

Sənədə əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər və maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu 15 faiz olacaq.

 

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

TED + bölməsindən digər xəbərlər

Daha çox