AZ

Zəngilanda silah-sursat aşkarlandı

4694f021c328e23efd803190f7199c72.jpg
18.04.2024 20:57

Zəngilanda silah-sursat aşkar edilib.

 

TED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub.

 

Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox