AZ

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

 

73865d20de122803484df5a4b3fdca3a.jpg
19.04.2024 11:20

Çin hökumətinin milli təhlükəsizlik mülahizələrini əsas götürərək əmr etməsindən sonra “Apple” şirkəti bu ölkənin “App Store”sindən “WhatsApp” və “Threads” proqramlarını çıxarıb. TED.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir.

 

“Apple” şirkətinin bəyanatında bildirilir: “Çinin Kiberməkan İdarəsi milli təhlükəsizlik baxımından bu proqramların Çin onlayn mağazasından silinməsi göstərişini verib. Fəaliyyət göstərdiyimiz ölkələrin qanunları ilə razılaşmasaq belə, onlara əməl etməyə borcluyuq”.

 

Proqramın silinməsi Çində 2023-cü ildə qəbul edilmiş və bu ölkədə fəaliyyət göstərən tətbiqlərin tənzimləyici orqanında qeydiyyatdan keçməsini tələb edən qanunla bağlı ola bilər. Keçən ilin avqustunda Çin hakimiyyəti tərtibatçıları 2024-cü ilin mart ayının sonuna qədər bu qaydaya əməl etməyə çağırıb, əks halda proqramlar ölkədə fəaliyyətini dayandıracaq.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox