AZ

VPN-lərdən istifadə edənlərə 8900 dollar cərimə tətbiq oluna bilər

cebb5d8a182cbb1baa97ce21d8823c25.jpg
23.09.2024 11:01

Son məlumata görə, X Braziliya Məhkəməsinin tələb etdiyi şərtləri yerinə yetirmək üçün addımlar atıb. 

 

Son həftələrdə X Braziliyadakı bütün fəaliyyətini dayandırdı və platformanın ölkəyə girişi əngəlləndi. Bu qərar Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin şirkətin braziliyalı istifadəçilər tərəfindən paylaşılan bəzi məzmunların silinməsi tələbinə qarşı çıxmasından sonra verilib. Bu vəziyyət bütün dünyada mübahisələrə səbəb oldu. Son məlumata görə, şirkət geri addım atıb.

 

“The New York Times” qəzetinin yazdığına görə, şirkət məhkəmənin qoyduğu şərtləri yerinə yetirib. Cümə günü məhkəməyə təqdim olunan sənədlərdə bu barədə bildirilir. 

 

Lakin mənbə bildirir ki, X hələ də məhkəmənin tələb etdiyi bütün sənədləri doldurmayıb. Buna uyğun olaraq şirkətə beş gün vaxt verildiyi bildirilib. Populyar sosial media platformasının Braziliyada nə vaxt istifadəyə veriləcəyi hələlik bəlli deyil.

 

Braziliyada bir çox istifadəçi son həftələrdə İnstaqramın Türkiyədə qadağan edildiyi kimi X platformasına daxil olmaq üçün VPN-lərdən istifadə etməyə müraciət edib. Bu vəziyyətə cavab olaraq hakim Moraes VPN-lərdən istifadə edənlərə 8900 dollar cərimə tətbiq oluna biləcəyini açıqlayıb. Bu, şirkətlə ölkə arasında ciddi gərginliyin olduğunu göstərir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox