AZ

"Android" istifadəçilərinin nəzərinə - Kriptovalyutalarınız oğurlana bilər

 
 

fcf62f1a081aa5b8cb2431d33775f94a.jpg
20.09.2024 18:40

Təhlükəsizlik tədqiqatçıları tərəfindən "SpyAgent" adlı zərərli proqram aşkar edilib.

 

TED.az xəbər verir ki, bu zərərli proqram qurğulara sızdıqdan sonra istifadəçilərin şəxsi məlumatlarını hədəf alır.

 

Buraya kripto aktivləriniz də daxildir.

 

ABŞ-nin antivirus proqram istehsalçısı "McAfee" şirkətinin verdiyi açıqlamaya görə, ilin əvvəlindən aktiv olan "SpyAgent" saxta proqramlar vasitəsilə "Android" telefonlarına sızır.

 

Bank proqramları, əyləncə platformaları və buna bənzər alətlər kimi görünən bu saxta proqramlar əslində arxa planda çox fərqli vəzifələri icra edir.

 

İstifadəçilər bilmədən zərərli "APK" ("Android Proqram Paketi") faylını yükləyirlər və bu fayl quraşdırıldıqda zərərli proqram cihazın SMS mesajlarına, kontaktlarına və yaddaşına daxil olmaq üçün icazə tələb edir.

 

Bu yeni nəsil zərərli proqram cihazınıza sızdıqdan sonra qalereya tətbiqinizdəki bütün vizual məzmunu skan edir.

 

Proqram "OCR" (Optik Xarakter Tanıma) texnologiyasından istifadə edərək şəkillərdəki mətnləri oxuyur və bu məlumatı uzaq serverə göndərir.

 

Bu yolla kibercinayətkarlar bank məlumatlarınızdan tutmuş şəxsiyyət nömrənizə qədər bir çox həssas məlumatı əldə edə bilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox