AZ

BMC Türkiyə Quru Qoşunları və Jandarmasına 100 ədəd yerli mühərrikli zirehli vasitə təhvil verib

 

9927715c735127ab089b48f35c2a3582.jpg
13.01.2025 15:20
BMC tərəfindən 100% Türkiyə mühəndisliyi ilə istehsal edilən və yerli TUNA mühərriki ilə təchiz edilən 100 ədəd taktiki təkərli zirehli vasitə ölkənin Quru Qoşunları Komandanlığına və Jandarma Baş Komandanlığına təhvil verilib.

 

TED.az xəbər verir ki, İzmir Pınarbaşıdakı BMC obyektlərində keçirilən mərasimdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Quru Qoşunları komandanı general Selçuk Bayraktaroğlu və jandarma baş komandanı Ali Çardakçı iştirak edib.
 
 
Quru Qoşunları və Jandarmanın ehtiyacları istiqamətində 2016-cı ildə Taktiki Təkərli Zirehli Vasitələr Layihəsi başladılıb.
 
 
Layihə çərçivəsində inkişaf etdirilən vasitə ailəsinin ilk iki üzvü “Kirpi” və “Vuran” 2018-ci ildə təhvil verilməyə başlayıb. Bu ailədən indiyədək 1500-dən çox vasitə xaricə ixrac edilib.
 
 
İlkin olaraq 60 faiz yerlilik göstəricisi ilə başlayan layihə indi 95 faiz yerlilik göstəricisinə çatıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox