AZ

Bezosun kosmik raketinin ilk buraxılışı baş tutmadı

a68782b46fae6d9432e76cf85b1ee09f.jpg
13.01.2025 11:20

“Amazon” şirkətinin qurucusu, amerikalı milyarder Cef Bezosa məxsus “Blue Origin” şirkətinin ilk kosmik raket buraxılışı baş tutmayıb.

 

Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

 

 

Məlumata görə, təkrar istifadəyə yararlı kosmik raketin Florida kosmodromundan buraxılışı texniki nasazlığa görə təxirə salınıb. “Nyu Qlen” kosmik raketi Yer kürəsi orbitində dövrə vurmuş ilk amerikalı astronavt Con Qlenin adını daşıyır.

 

Raketin uzunluğu 30 mərtəbəli bina hündürlükdədir və buraxılış üçün metan və maye oksigenlə təchiz olunub. “Nyu Qlen” raketi çoxsaylı istifadəyə yararlı bir raketdir. Onun buraxılışından sonra ilk pilləsinin (təxminən 10 dəqiqə sonra) Atlantik okeandakı barjaya endirilməsi nəzərdə tutulurdu. İkinci pillə isə orbitə qalxmalı idi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox