AZ

Yerli mühərrikli “Kirpi-2” vasitələri Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək

 

82293d6cf5432f018b185050bd4035fe.jpg
13.01.2025 15:40
“Mavi Vətən-2025” Təliminin Hörmətli Müşahidəçi Günü münasibətilə Aksazda yerləşən TCG “Salihreis” freqatında aktual mövzular, xüsusilə Türkiyə Milli Müdafiə Nazirliyinin fəaliyyətləri ilə bağlı Həftəlik Mətbuat Brifinqi keçirilib.

 

TED.az xəbər verir ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk toplantıda Taktiki Təkərli Vasitələr Layihəsi çərçivəsində yoxlama və qəbul fəaliyyətləri tamamlanan müxtəlif miqdarlarda yerli mühərrikli (Tuna Motor) “Kirpi-2” vasitələrinin Türkiyə Quru Qoşunlarına təhvil veriləcəyini açıqlayıb.
 
 
“Kirpi”nin minaya davamlı vasitə sinfində üstün qoruma təmin edən yeni versiyası müstəqil asqı sisteminə malikdir.
 

Yüksək qoruma xüsusiyyətlərinə əlavə olaraq inkişaf etdirilən “Kirpi 2” (4×4) həm yol tutuşu, həm də sərnişin rahatlığı baxımından öz sinfinin qabaqcıllarından biri olmağa davam edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox