AZ

“Meteksan”ın Portativ Radioelektron Hücum Sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarındadır

 

7e9cd8134b9a927c30f363ccab21c843.jpg
13.01.2025 14:00
“Portativ Radioelektron Hücum Sistemi Layihəsi çərçivəsində tamamilə milli imkanlarla dizayn və istehsal edilən “Mert” Radioelektron Hücum Sistemi 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib”.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyənin “Meteksan Savunma” şirkətinin sosial media hesabında etdiyi paylaşımda qeyd olunub.
 
 
“Millətimizə xeyirli olsun”, - deyə paylaşımda bildirilib.
 

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Meteksan Savunma Sanayii A.Ş.” arasında IDEF 2019-da imzalanan Portativ Radioelektron Hücum Sistemi (Mert/ Merter) Layihəsi çərçivəsində tamamilə milli imkanlarla dizayn və istehsal edilən “Mert” Radioelektron Hücum Sistemi ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdirilib.
 
 
“Mert” Radioelektron Hücum Sistemi əhatə etdiyi bütün tezlik diapazonunda yeni nəsil ağıllı texnika ilə hədəf elementlərinin uzaq məsafələrdən əlaqə saxlamasının qarşısını almaq üçün istifadə olunacaq radioelektron hücum sistemi olaraq dizayn edilib və inkişaf etdirilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox