AZ

Bu ilin ilk hərracında dövlətə məxsus 1 müəssisə və 26 nəqliyyat vasitəsi özəlləşdirilib

 

492bb115d1c478a4c20d81b42ec456d2.jpg
09.01.2025 10:40

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub. Hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Dövlət Xidmətindən TED.az-a bildirilib ki, əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.

 

Özəlləşdirilən müəssisə “Bakı Beton Konstruksiyaları” MMC-dir. Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq olar.

 

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar yanvarın 14, 28 və 30-da keçiriləcək. Hərraclara səhmdar cəmiyyətin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb. İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox