AZ

“AzInTelecom” və “Azfina” fintex şirkətlərini bir araya toplayıb

 

4f955ba28af7040ec1e5a570065c5f37.jpg
07.01.2025 12:40

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Azərbaycan Fintex Assosiasiyası (“Azfina”) üzvləri üçün 2024-cü ilin yekunlarına dair görüş keçirilib.

 

“AzInTelecom”dan TED.az-a bildirilib ki, tədbirdə “Azfina”nın İdarə Heyətinin sədri Ruslan Talıbov və “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev giriş sözü ilə çıxış ediblər. R.Talıbov 2024-cü il ərzində fintex sahəsində görülən işlər barədə məlumat verib.

 

F.Fərəcullayev bildirib ki, “AzInTelecom” artıq beynəlxalq PCI DSS sertifikatı əldə edib və bununla da fintex şirkətlərinə daha effektiv xidmət göstərə biləcək.

 

Görüş çərçivəsində “AzInTelecom”un rəqəmsal maliyyə xidmətlərinin dövlət və qeyri-dövlət qurumları arasında təşviqi və əməkdaşlıq effektivliyinin artırılması barədə müzakirələr aparılıb. Daha sonra “Azfina”nın icraçı direktoru Azər Əkbərov assosiasiyanın 2024-cü il fəaliyyətinə dair hesabatla çıxış edib.

 

Tədbir zamanı “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Azfina” üzvləri qarşısında təqdimat nümayiş etdirib. Təqdimatda SİMA məhsulları və yeni yaradılmış özünəxidmət “bulud” platforması “AzInCloud” haqqında məlumat verilib.

 

Görüş fintex ekosisteminin gücləndirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.

 

Qeyd edək ki, “AzInTelecom” 2023-cü ilin noyabrından “Azfina”nın üzvüdür.

TED + bölməsindən digər xəbərlər

Daha çox