AZ

Naxçıvanın daxili işlər orqanlarına müasir texnologiyalarla təchiz edilmiş avtomobillər verilib

 

d1e249987d20968d031c060070e08de7.jpg
06.01.2025 13:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş "Kia Sportage", “Kia Optima” və “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox