AZ

Magistraturanın sınaq imtahanına qeydiyyat müddəti uzadılıb

 

d8b2f4af5a27bdbaf201dde7ee2144bc.jpg
07.01.2025 12:20

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yanvarın 19-da elektron formada keçiriləcək sınaq imtahanına qeydiyyat müddəti uzadılıb.

 

Bu barədə TED.az-a DİM-dən bildirilib. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 12-si saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər. İştirakçılar verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub imtahana yazıla bilərlər.

 

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.

 

Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox