AZ

Naxçıvanda elektrik sayğacları yaşayış evlərindən kənara çıxarılır

 

14c000449edec441d1aa9be2f0d46e64.jpg
07.01.2025 11:20

“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şəhər və rayon Elektrik şəbəkələri tərəfindən yaşayış evlərində məişət abonentlərinin istismarında olan hesablaşma elektrik sayğacları çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılır.

 

Energetika Xidmətindən TED.az-a bildirilib ki, görülən işlər abonentlərin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin işini asanlaşdıracaq, elektrik enerjisinin sərfiyyatının uçotunun daha dəqiq aparılmasına, həmçinin abonentlərin rahatlığına səbəb olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox