Ötən il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6400-dən çox zəng qəbul edib
2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 6410 zəng qəbul edilib.
Nazirlikdən TED.az-a bildirilib ki, daxil olan zənglərin 5425-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 449-u təşəkkür xarakterli, 536-sı isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin 974 “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə 974, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.