AZ

Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb

 

c630c3882118b85016f9e94171117f91.jpg
09.01.2025 10:00

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Z.Hüseynov və 27 yaşlı N.Əliyev saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan TED.az-a verilən məlumata görə, həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək, 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər .

 

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Z.Hüseynov və N.Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox