AZ

“Tesla” şirkəti 2016-cı ildən bəri Britaniyadan 200 milyon funt sterlinq qrant alıb

 

7c0dfee1d1e405ae30fe18e7d27a4175.jpg
09.01.2025 11:20

İlon Maskın elektrik avtomobili istehsalçısı “Tesla” şirkəti 2016-cı ildən bu yana Böyük Britaniya hökumətindən təxminən 200 milyon funt sterlinq qrant alıb.

 

TED.az xəbər verir ki, bu məlumat ictimai müqavilə məlumatlarını təhlil edən “Tussell” tərəfindən açıqlanıb.

 

Vestminster tərəfindən “Tesla” şirkətinə ümumilikdə 191 milyon funt sterlinq ayrılıb. Bu vəsaitin böyük hissəsi, 188 milyon funt sterlinqi Böyük Britaniyanın Nəqliyyat Nazirliyi (DfT) tərəfindən verilib.

 

Qrantlar “plug-in” avtomobil qrantı proqramı çərçivəsində təqdim edilib. Bu proqram çərçivəsində yeni elektrik avtomobillərinin dəyərinə başlanğıcda 5 min funt sterlinq məbləğində endirim tətbiq olunub. Proqram 2022-ci ilin iyun ayında sona çatıb.

 

2020-ci ildə “Tesla”ya ayrılan qrantlar 61,6 milyon funt sterlinq təşkil edib. Lakin sonrakı illərdə qrant məbləğləri azalmağa başlayıb. Sonuncu rəqəmlərə əsasən, şirkət keçən ilin ilk altı ayında cəmi 49 min funt sterlinq məbləğində qrant alıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox