AZ

“TikTok” ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır

 

8dc9c55bc23170d2b6a7092a49d4e68a.jpg
16.01.2025 12:20

“TikTok” sosial şəbəkəsinin rəhbərliyi yanvarın 19-da mobil tətbiqin ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır.

 

TED.az xəbər verir ki, “The Information” portalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, tətbiqin fəaliyyətinin dayandırılmasının qarşısını yalnız Ali Məhkəmənin müdaxiləsi ilə almaq olar.

 

Qeyd edək ki, 2024-cü ildə qəbul edilən qanuna əsasən, Çinin “ByteDance” kompaniyası ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dakı fəaliyyətini dayandırmalı idi.

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın sonlarında hakimlərdən sosial şəbəkə barəsində qanunun müddəalarını dayandırmağı xahiş edib. O, 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində sosial şəbəkənin gənc istifadəçilərinin səslərinin qələbəsinə verdiyi töhfəyə görə platformaya “isti” yanaşdığını deyib. Təzad isə ondan ibarətdir ki, 2020-ci ildə “ByteDance” kompaniyasını “TikTok” şəbəkəsini satmağa məcbur etmək üçün ilk cəhd məhz Donald Tramp tərəfindən həyata keçirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox