AZ

Fənn olimpiadalarının yarımfinalına Şəki-Zaqatala bölgəsi üzrə 1145 şagird vəsiqə qazanıb

 

c26e3f94b286b12c5c1a7eecd10c613c.jpg
16.01.2025 10:00

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 1145 şagird respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Bu barədə TED.az-a Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Qurumun əməkdaşı bildirib ki, fənn olimpiadalarının rayon-şəhər mərhələsində idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə ümumilikdə 4913 şagird biliyini sınayıb. Fənn olimpiadalarının yarımfinal mərhələsinə Şəki rayonu üzrə 339, Qəbələ rayonu üzrə 221, Oğuz rayonu üzrə 188, Balakən rayonu üzrə 162, Zaqatala rayonu üzrə 121, Qax rayonu üzrə isə 114 şagird vəsiqə qazanıb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox