AZ

Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri “mygov” üzərindən təqdim ediləcək

 

63e25e2834a9de568568a9b0386bc586.jpeg
18.09.2024 12:20

Gələcəkdə Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri “mygov” üzərindən təqdim ediləcək, lakin buna zaman lazımdır.

 

TED.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “mygov” platformasına dair sual-cavab sessiyasında deyib.

 

Ş.Əliyev bildirib ki, müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada “mygov” üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür.

 

“Bir müddət öncə Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiyası ilə bağlı işlər görmüşük. Növbəti mərhələdə məhkumluq haqqında arayışın “mygov”a gətirilməsi nəzərdə tutulub. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının “mygov”a gətirilməsi planlaşdırılır. Bu proses hələ ki, davam edəcək və digər dövlət xidmətlərinin də “mygov”a inteqrasiyası istiqamətində işlər görülür”, - deyə o əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox