AZ

Ədliyyə Nazirliyi yaxın günlərdə elektron hərrac portalını istifadəyə verəcək

 

5022c533c7b9bbfbc468125a56d8574c.jpg
14.10.2024 12:57

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaxın günlərdə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə elektron hərrac portalı istifadəyə veriləcək.

 

Nazirliyin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, portal hərracda iştirak imkanlarının hər kəs üçün bərabər və əlçatan olmasını təmin etməyi hədəfləyir.

 

Portalda fiziki və hüquqi şəxslər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər. Elektron hərracın keçirilməsi barədə şərtlər, portaldan istifadəyə dair təlimat və hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdiriləcək.

 

Hərrac proseslərinin rəqəmsallaşmış formada keçirilməsi vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox